Yığmamız bədii gimnastika üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazandı – FOTO

İdman

Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri çoxnövçülük proqramında bürünc medala layiq görülüb.

Bu barədə Oxu.Az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Qeyd edək ki, bu uğur Azərbaycan gimnastika tarixində gənclər arasında keçirilən dünya çempionatında qazanılan ilk nailiyyətdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir