Zəlzələ Hatayda tarixi yerləri məhv etdi: 14 əsrlik məscid dağıldı – FOTO/VİDEO

Mədəniyyət

Episentri Kahramanmaraş olan və 10 vilayətə təsir edən 7,7 bal gücündə zəlzələ Türkiyədə bir sıra tarixi abidələri də viran qoyub. Bunlardan biri Hatayda tarixi 7-ci əsrə bağlı olan və Anadoluda ilk ibadət ocağı sayılan qədim Həbibi Nəccar məscididir.

Bundan başqa, 14 əsrlik məscidin həyətində yerləşən 19-cu əsrə aid tarixi Yeni Hamam da yerlə bir olub.

Oxu.Az-ın məlumatına görə, sosial şəbəkələrdə həmin ərazilərin drondan çəkilmiş görüntüsü yayılıb.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir