Ulu Öndər Heydər Əliyevin anım günüdür.

Siyasət
12 dekabr Azərbaycan xalqının taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Tarixi şəxsiyyət, görkəmli siyasi xadim Heydər Əliyev taleyin qisməti ilə 12 Dekabr 2003 – cü ildə öz sevimli xalqından cismən ayrılmışdır.
Misilsiz əməlləri ilə xalqımızın sevgisini qazanan Ulu Öndər Heydər Əliyev əbədi olaraq qədir bilən Azərbaycan Xalqının qəlbində unudulmaz lider olaraq yaşayacaqdır.
Bəşəriyyətin nadir tarixi şəxsiyyətlərindən olan Ulu Öndərimizin ruhu qarşısında baş əyir, Uca Tanrıdan ona rəhmət diləyirəm.
Fəzail Ağamalı
Millət vəkili, Ana Vətən Partiyasının sədri
12 dekabr 2023 – cü il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir