Kölgəyə çəkilən terrorçular aktivləşdilər: Qatarı partladıb sərnişinləri girov götürdülər – FOTO/VİDEO

Dünya

Nigeriyada Abuci-Kaduna reysi ilə hərəkət edən qatar terrorçular tərəfindən partladılıb. Nəticədə vaqonlar relslərdən çıxıb. Bundan sonra terrorçular qatarı güllə yağışına tutublar.

İlkin məlumatlara görə, hücum “Boko Haram” terrorçuları tərəfindən həyata keçirilib. Onlar vaqonlarda oturacaqların altına partlayıcı qurğu yerləşdiriblər.

Ölənlərin və yaralananların dəqiq sayı açıqlanmayıb. Bəzi sərnişinlər isə girov götürülüblər.

Ümumilikdə qatarda 1000-ə yaxın sərnişin olub.

Bu, son iki gündə ölkədə baş verən ikinci terror aktıdır. Bundan əvvəl Kaduna hava limanına hücum edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir