Yeni icra başçısı özünə köməkçi təyin etdi

Cəmiyyət

Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Elxan İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, Ceyhun İsmayılov Kürdəmir RİH başçısının köməkçisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, E.İbrahimov Prezident İlham Əliyevin 18 fevral tarixində imzaladığı sərəncamla Kürdəmir rayonunun icra başçısı təyin edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir