Qərb Ukraynanı qurban verir? – VİDEO

Cəmiyyət

Ukraynada müharibə 20 gündür davam edir. Amma buna baxmayaraq, bu günə qədər Rusiya ordusu bir dənə də olsa, böyük şəhər ələ keçirə bilməyib. Bir çoxları bunu Rusiya ordusunun zəif və ya döyüş qabiliyyətinin aşağı olduğu ilə əlaqələndirir. 

Hərbi jurnalist Fərdin İsazadə budəfəki buraxılışda “Rusiya ordusu həqiqətənmi zəifdir?” sualı ətrafında müzakirə aparıb. 

O bildirib ki, Ukrayna ordusu şiddətli müqaviməti davam etdirir. 

“Sosial şəbəkələrdən də bu nəticəyə gəlmək olur ki, Rusiya bu müddət ərzində xeyli sayda zirehli və avtomobil texnikasını, uçuş vasitələrini, yəni qırıcı və bombardmançı təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatlarını itirib,” – deyə, o qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir