İrimiqyaslı beynəlxalq tədbirə ev sahibliyi məsuliyyətlidir

Baş səhifə

  Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün oldu. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 15-də COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib ki, “COP29 beynəlxalq konfransını biz yüksək səviyyədə keçirəcəyik və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq” fikrini əminliklə səsləndirməsi də ilk növbədə məhz bu amillə bağlıdır. 

Dünya birliyinin bu qərara imza atması bir daha onu göstərdi ki, bizə qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri həyata keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa edib. Beynəlxalq birlik də bu həqiqəti, bu reallığı qəbul edir. Hətta Ermənistan da artıq bu vəziyyətlə barışıb və COP29 konfransına ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləməsi də bunun bariz göstəricisidir. Ölkəmizin COP29 beynəlxalq konfransına uğurla ev sahibliyi etməsi xalqımızın növbəti böyük uğuru olmaqla bərabər, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmlidir. Belə ki, indiyə qədər əsas etibarilə neft-qaz ixracatçısı kimi tanınan Azərbaycan, indi də özünü dünyaya yaşıl enerji ölkəsi kimi təqdim edəcək.

COP29 konfransının Bakıda keçirilməsi ilə bağlı qərarın beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olması ilə bağlıdır. Başqa sözlə desək ölkəmizin COP29 konfransına ev sahibliyi yekdil qərarla təsdiqlənib. Bu isə təsadüfi deyil və bi sıra amillərlə bağlıdır. Bu amillərdən biri ölkəmizin beynəlxaql tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsinin olmasıdır. Azərbaycan son illərdə beynəlxalq miqyasda bir çox siyasi, humanitar, elmi, mədəni, idman tədbirlərinə uğurla ev sahibliyi edib və kifayət qədər zəngin təşkilatçılıq təcrübəsi var. Bu mənada Bakının COP29-un tələblərinə və standartlarına da cavab verəcəyi heç kimdə şübhə doğurmayıb.

Ölkə başçısının da dediyi kimi gələn il iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Bu cür irimiqyaslı beynəlxalq tədbirə ev sahibliyi etmək sözsüz ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq Azərbaycanın bu məsuliyətli işin öhdəsindən ləyaqətlə gələcəyi qətiyyən şübhə doğurmur. Biz iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini dərk edir, birgə təşəbbüslər vasitəsilə təsirimizi gücləndirməyi hədəfləyirik.

Fuad Əzizov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Göytəpə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir