27 iyun Azərbaycanın Xalq Artisti Səyavuş Aslanın anım günüdür.

Baş səhifə

 

Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakının Saray kəndində doğulub. 1947–1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun “Toy kimindir?” tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994–1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur:

Bayram (“Kəndimizin mahnısı”, K. Kərimov),

İbişov (“Özümüz bilərik”, Ş. Qurbanov),

Fürzuzbala (“Altı qızın biri Pəri”, M. Əlizadə),

Şubay (“Ulduz”),

Dadaşbala (“Hicran”, S. Rəhman),

Qəmzəli (“Qaçırılmış qız”, C. Məmmədov),

Misir Nəsir (“Lənət sənə, kor şeytan”, F. Aşurov),

Orduxan bəy (“Əlli yaşında cavan”, Z. Hacıbəyov)

Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir