Əllərim elə bilir ölmüşəm….

Baş səhifə

Göy üzündəki dənizdə
boğulur ümidlərim.
Ayağımın altında,
günəşsiz havada
Əzib tökürəm qanadsız quşların xəyallarını.
Bəlkə pəncərələrin şirin yuxusunda
Özünü aldatmaya əllərim.
Yağışlar axsaya-axsaya kəsə göz üzündəki dənizin qarşısını
Deyə ki, dodaqlarında qanı qurumuş sözlərini
daşıyır balıqlar,
Quşlar dimdiklərində,
Adamlarsa xəyanətində gizlədər sükutunu.
Əllərim elə bilir ölmüşəm,
Yanan tərəfimi çəkir payıza sarı…
Axı kimdən öyrənək yaşamağı…
Kölgələr günəşə xəyanətdi, adamlarsa isindiklərinə.
Səhralar daha buludlarçün ölüb.
Göy üzündəki dəniz Quru ümidlərini uda bilmədiyindən,
ayaqlarım hələ də hürür
günəşsiz havaya.

Eldar İsmayıloğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir