Şəhidimiz Goranboyda dəfn edildi.

Baş səhifə
Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatının qarşısının alınması zamanı şəhid olan Kəlbəcər rayon sakini, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış 1999-cu il təvəllüdlü, leytenant Şirinov Ömər Muğan oğlu bu gün Zeyvə kənd qəbirstanlığında dəfn edildi.
Dəfn mərasimində Goranboy, Kəlbəcər və Xocalı rayon İcra Hakimiyyətlərinin başçıları, hərbiçilərimiz və ictimaiyyət nümayəndələri iştirak etdilər. Şəhidimizin ruhuna dualar oxundu, ailə üzvlərinə Allahdan səbr dilədilər.
Allah bütün şəhidlərimizi rəhmət etsin.
Vətən var olsun.!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir