İcra başçısı vətəndaşlarla səyyar qəbul keçirdi-FOTO

Baş səhifə

 

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Şəkərli kəndində əhali ilə səyyar qəbul keçirmişdir. Rayonun idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi səyyar qəbulda torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Qəbulda çıxış edən RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilmiş, qaldırılan məsələlər müzakirə olunmuş və araşdırılması üçün aidiyyəti üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir