29 yaşlı misirli futbolçu Məhəmməd Salah “Liverpul” klubu ilə yeni müqaviləyə imza atmağa yaxındır.
Mənbə iddia edir ki, yeni müqaviləni imzalanacağı təqdirdə M.Salah həftəsinə 400 min funt-sterlinq (təxminən 522 min dollar) maaş alacaq.
Müqavilənin 4 mövsümü əhatə edəcəyi bildirilir.
Qeyd edək ki, M. Salah bu mövsüm “Liverpul”un heyətində Premyer Liqada 28 oyuna çıxıb və 20 qol vurub.
Mənbə: NBC Sports
www.102info.az