Cənubi Qafqazda yeni nizam: Bakı, Moskva və Ankara hansı addımları atacaq? – FOTO

Xüsusi Xəbər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqaz regionunda yeni nizamın yarandığını açıqlayıb.

O qeyd edib ki, Ermənistan hakimiyyəti bunu başa düşür və respublikaya “düzgün yol seçməyi” arzulayır.

Türkiyə liderinin sözlərinə görə, əsassız iddiaları kənara atıb, dövrün reallıqları ilə hərəkət etməyin vaxtı çatıb.

Türkiyə liderinin açıqlamaları, regionda Qərbə kimin necə müqavimət göstərmək niyyəti barədə NEWS.ru material hazırlayıb.

Məqalədə ekspertlərin fikirlərinə də yer verilib.

“Rusiya, Türkiyə və Azərbaycan üçün strateji əhəmiyyətli Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin bir hissəsinə çevrilməli olan Zəngəzur dəhlizinin açılması son dərəcə vacibdir”, – türkiyəli politoloq İkbal Dürre NEWS.ru-ya bildirib.

Onun fikrincə, aprelin 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan lideri İlham Əliyevin görüşündə bu məsələ ilə bağlı razılıq əldə olunub. Ekspertin fikrincə, buna görə də Ərdoğan belə nikbin bəyanat verib.

“Türkiyə və Azərbaycanın mövqeyi Ankara və Moskvadan daha yaxındır. Lakin bu ölkələr Rusiya üçün həssas məsələləri nəzərə almağa çalışacaqlar. Bu, Cənubi Qafqazda sabitliyi qorumaq üçün son dərəcə zəruridir. Bu layihə reallaşarsa, Qafqaz yeni dünya düzəninin yaradılmasında əsas zonalardan birinə çevriləcək. Təbii ki, Türkiyə, Rusiya, Azərbaycan, İran və digər dövlətlər buna böyük maraq göstərirlər”, – Dürre qeyd edib.

O, həmçinin Çin və Qazaxıstan kimi qlobal oyunçuların Cənubi Qafqaza tranzit region kimi maraq göstərməsinə diqqət çəkib.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov NEWS.ru ilə söhbətində əmin olduğunu bildirib ki, Rusiya, Azərbaycan və Türkiyə Ermənistan vasitəsilə oraya sızmağa çalışan Qərbin təsirinə uğurla müqavimət göstərə bilər.

“Rusiya, Türkiyə və Azərbaycanla yanaşı, Gürcüstan da Qərbdən çox məyusdur. Tbilisi ilə Qərb ölkələri arasında ciddi ziddiyyətlər var. Onlar faktiki olaraq Gürcüstanı Rusiyaya qarşı müharibəni təkrarlamağa sövq edirlər. Gürcülər 2008-ci ildəki amansız məğlubiyyəti xatırlayırlar və bu təcrübəni təkrarlamaq istəmirlər”, – deyə Markov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir