SOCAR: “NEZ-in modernizasiyası ölkəmiz üçün böyük ekoloji əhəmiyyət kəsb edir”

İqtisadiyyat

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiya və yenidən qurulması layihəsi ölkəmiz üçün böyük ekoloji əhəmiyyət kəsb edir.

“Report”un məlumatına görə, bunu bu gün SOCAR-ın “Downstream Management” şirkətinin ətraf mühit üzrə meneceri Tural Məhərrəmov NEZ-in modernizasiya və yenidən qurulması layihəsi çərçivəsində keçirilən ictimai dinləmə zamanı məlumat verib.

Onun sözlərinə görə, layihə müddətində yerli və beynəlxalq ekoloji qanunvericiliyin tələblərinə diqqət yetirilib.

T.Məhərrəmov həmçinin müasir texnologiyaların tətbiq olunduğunu və qabaqlayıcı tədbirlərin görüldüyünu vurğulayıb.

Qeyd edək ki, bu gün Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və yenidən qurulması layihəsi çərçivəsində görülən işlər haqqında ictimaiyyəti məlumatlandırmaq, inşa ediləcək Çirkab Suların Təmizlənməsi Qurğusunun (ÇSTQ) və təmizlənmiş çirkab suların Xəzər dənizinə axıdılması üçün çəkiləcək boru xəttinin tikintisi, həmçinin istismarı üzrə hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib.

Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, ətraf mühit üzrə mütəxəssislər, media və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. İctimai dinləmə zamanı modernizasiya və yenidənqurma layihəsi çərçivəsində görülən işlər və yeni qurğular, xüsusilə ÇSTQ-nin ekoloji və ətraf mühitə olan müsbət və potensial təsirləri, həmçinin layihənin icrasından sonra ətraf mühitin idarə edilməsi planı və keçiriləcək monitorinqlər haqqında tədbir iştirakçılarına məlumat verilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir