Azərbaycanda istilik sistemindəki problemlər AÇIQLANDI

Cəmiyyət

“İstilik mövsümünün tez başlanılması nəzərdə tutulub”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, istilik mövsümünün tez verilməsi ilə bağlı məsələ kompleks həll olunmalıdır.

O, istilik sistemindəki problemlərdən də danışıb:

“Mövsüm başlayan kimi müxtəlif binalardan istiliyin verilməməsi ilə bağlı şikayətlər səsləndirilir. Qazanxanalara qaz 8-10 gün əvvəl verilməlidir ki, noyabrın 15-də istilik mövsümi başlayan gündə normal istilik verilsin”.

Sədr əvəzi qeyd edib ki, qazanxanaların yenilənməsi “Azəristiliktəchizat” ASC-nin əsas planlarından biridir:

“Bizim istilik mənbələrimizin əksəriyyəti 1960-70-ci illərdə tikilib. Biz onları modernləşdirib müasir qazanxanalara çevirmək istəyirik. Bəzi stansiyaların köhnəlməsi ilə əlaqədar bizə təklif olunub ki, onların yenilənməsi barədə təkliflər hazırlayaq. Məsələn, Bakının Əhmədli qəsəbəsində 15 istilik paylayıcı məntəqə və 1 yüksəldici nasos stansiyasını yenidən qurmaq üçün təkliflər hazırlayırıq. Layihənin icrasına bu il başlanılacaq və gələn il başa çatdırılması nəzərdə tutulub”.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir