ZƏNGİLANIN SAYCA VƏ KEYFİYYƏTCƏ BİRİNCİ MƏKTƏBİ DOĞMA ELƏ QAYIDIŞ HAZIRLIĞINDA

Təhsil

Qarşıda duran digər vəzifə keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları ilə bağlıdır. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Bu barədə Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib:
“İşğaldan azad olunmuş ərazilər müasir şəkildə yenidən qurulur, yol infrastukturu olmayan yerlərdə 4 və 6 zolaqlı yollar çəkilir. Bu ərazilərin iqtisadi potensialı düzgün dəyərləndirilir. Zəngilan Beynəlxalq Hava Limanı yaxın vaxtlarda istifadəyə veriləcək, bundan başqa, Ağdam və Zəngəzur Sənaye parklarının tikintisinə başlanılıb. Zəngilanda böyük bir ərazidə “Dost” Aqroparkı inşa olunur. Keçmiş məcburi köçkünlərimiz öz ata-baba yurdlarına – yüksək şəraitlə təmin edilmiş doğma yerlərinə qayıdacaqlar. Onlar 30 il doğma yurd həsrəti ilə yaşayıblar. Bu gün baxmayaraq ki, həmin vətəndaşlarımız Bakıda, Sumqayıtda və başqa yerlərdə yaşayırlar və özləri üçün şərait yaradıblar, amma heç bir şərait dünyaya göz açdığı doğma ocağını və Vətən sevdasını əvəz edə bilməz. Ona görə də bu gün, demək olar ki, hamı dövlət proqramlarının icrasını və qayıdış gününü gözləyir”.
Zəngilan rayonu Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyev adına 1 nömrəli tam orta məktəb 1993-cü ildə Zəngilan rayonu işğal olunduqdan sonra 1994-cü ilin fevral ayından Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində fəaliyyət göstərməyə başlayıb. İlk fəaliyyətinə Binəqədi rayonu 205 nömrəli tam orta məktəbdə başlamışdır.
Elin elə, məktəbin məktəbə sığınmaq məcburiyyətində qaldığı köçkünlük həyatının o ağır, o çətin illərdə məktəbin direktoru İmanova Suqra Məmməd qızının səyi nəticəsində Zəngilan rayonu 1 nömrəli tam orta məktəb təhsilin keyfiyyətini yüksək səviyyədə keçirilməsini davam etdirdi. Məktəbin 205 nömrəli məktəbin ərazisində çətinlik yaşadığı üçün Suqra müəllimə bir neçə təşkilatlara müraciyət edərək, Binəqədi rayon icra hakimiyyətinin və Qaçqınlar Komitəsinin köməyi ilə hazırda fəaliyyət göstərdiyimiz Binəqədi rayon Binəqədi qəsəbə Mərkəzi Mədəniyyət Evinin binasının nəzdində istifadəsiz otaqlarda yer verildi və məktəbimiz üçün çətin olsa da, Suqra müəllimə bu çətinliyin öhdəsindən gələrək getdikcə şəraiti daha da yaxşılaşdırdı. Məktəbimizin pedoqoji kollektivi 31 nəfər, texniki işçiləri 11 nəfər, şagird kontingenti 275 nəfərdən ibarətdir.
Hal – hazırda direktor və təlim işləri üzrə direktor müavini vəzifələrini icra edən, 1968-ci il fevral ayının 2 – də Zəngilan rayonu Alıbəyli kəndində anadan olmuş Cavadova Svetlana Sahib qızı 1985-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, həmin il iyul ayında “Sovet Azərbaycanının 60 illiyi adına” SDPİ –nin tarix və hüquq fakultəsinə qəbul olmuş, I Qarabağ müharibəsi başladığı üçün 1988-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Universitetinə köçürülmüş və 1990-cı ildə ali təhsilini bitirmiş, təyinatı əsasında Zəngilan rayon Alıbəyli kənd tam orta məktəbində və Rəbənd kənd ümumi orta məktəbində tarix müəllimi işləmişdir. 1992-ci ildə ailə qurduğu üçün Zəngilan rayon 1 nömrəli tam orta məktəbinə müəllim təyinat alıb.
Rayon 1993-cü ildə işğal olunduğu üçün məcburi köçkün məktəbləri 1994-cü il fevral ayından Təhsil Nazirliyinin köməyi ilə respublikanın müxtəlif ərazilərində fəaliyyətini bərpa etdilər. Svetlana Cavadova 1994-cü ilin fevral ayında Sumqayıt şəhərində fəaliyyət göstərən Zəngilan rayon 11 nömrəli tam orta məktəbə tarix müəllimi təyin edildi. 1994-cü ilin sentyabr ayında Təlim işləri üzrə direktor müavini vəzifəsinə irəli çəkilərək fəaliyyətini davam etdirdi. Öz işini layiqincə yerinə yetirirdi. 1997-ci ildə Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə C.Cabbarlı – 33 ünvanında məcburi köçkün kimi məskunlaşdığı üçün 11 nömrəli tam orta məktəbdan Zəngilan rayonu 1 nömrəli tam orta məktəbə təlim işləri üzrə direktor müavini təyin edildi. 5 yanvar 2017 – ci il tarixində məktəbin direktoru İmanova Suqra Məmməd qızı çalışmanın yaş həddi 65-ə çatdığı üçün direktor vəzifəsi Təhsil Şöbəsi tərəfindən müvəqqəti olaraq Cavadova Svetlana Sahib qızına həvalə edildi. 25.02.2019-cu ildə Təhsil Nazirliyi tərəfindən yeni direktor vəzifəsinə İmaməliyev Kənan Rəhim oğlu təyin edildiyi üçün yenidən Cavadova Svetlana Sahib qızı təlim işləri üzrə direktor müavin vəzifəsində səylə çalışırdı. 14.10.2019-cu ildə İmaməliyev Kənan Rəhim oğlu Zəngilan rayon Təhsil Şöbəsinə müdir təyin olunduğu üçün yenidən direktor vəzifəsi müvəqqəti olaraq təlim işləri üzrə direktor müavini Cavadova Svetlana Sahib qızına həvalə edildi.
Svetlana müəlimənin işlədiyi dövrdə buraxılış siniflərin nəticələri ürəkaçan və sevindirici idi. 2017-2019-cu illərdə məktəbimizi bitirmiş Əliyev Elmir-571 bal toplayaraq ADA Universitetinə, Fərzəliyeva Səriyyə 637 balla ADA Universitetinin Hüquq fak, daha bir neçə məzunumuz da BDU və başqa nüfuzlu universitetlərə daxil oldular. İşlədiyi illər biri-birindən uğurlu olaraq zəhmətinin bəhrəsi öz yerini tapır. 2020-2021-ci tədris ili daha böyük uğurlarla yaddaqalan olmuşdur. Mehdizadə Nəzrin Əli qızı 653 balla BDU-nin Hüquq fak (Tədris ingilis dilində) və Bağırova Ləman Rəşid qızı 626 balla BDU-nun Hüquq fakultəsinə, Yusifov Fərid Camal oğlu 653 balla BMU-nun Kompüter elmləri fakultəsinə, 471 balla Həmzəyev Nihad Ramin oğlu APU-nun Tarix fakultəsinə, Abbasov Murad İldırım oğlu Polis Akademiyasına, Ağazadə Gülayə Qızlar Universitetinin Filologiya fakultəsinə, Hüseynli Nigar AİU-nə, İsayev Elvin AzMİU-nə, Məmmədova Samirə, Alışzadə Nurlan və Salamzadə Ləman ATU-nə, Məmmədov Ümid və Qasımlı Cavid və Gəncəliyev İmran Türkiyə Kutahya Universitetinə daxil olmuşlar.
Əmin olmağa dəyər ki, Zəngilan rayonu Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyev adına 1 nömrəli tam orta məktəb Ulu Öndər Heydər Əliyevin davamçısı Ali Baş Komandanımız İlham Əliyevin səyi nəticəsində işğaldan azad olunmuş Zəngilanımızda daha da yüksək nəticələrlə təhsillərini davam etdirən şagirdlər yetişdirəcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir