Azərbaycanın dünyanın aparıcı enerji şirkətləri olan «ACWA Power» və «Masdar»la əməkdaşlığı

Cəmiyyət

Bu, enerji siyasətimizə və iqtisadi hədəflərimizə tamamilə uyğundur

Xəzər regionunda neft-qaz  sahəsinin və enerji sektorunun ən önəmli tədbiri olan «Bakı Enerji Həftəsi»nin gündəmi zəngin olub. Bu bir daha təsdiq edir ki,  Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox uğurlu enerji siyasəti həyata keçirir. Dünyanın nüfuzlu dövlətləri Azərbaycanla enerji sahəsində fəal əməkdaşlıq edirlər. Bu, həyata keçirilən transmilli layihələrin reallaşmasında mühüm amildir. Xüsusilə ölkəmiz bərpa olunan enerji layihələrinə önəm verməklə enerji sahəsində yeni innovativ addımlar atır. Belə ki, artıq Azərbaycan hökuməti ilə  Səudiyyə Ərəbistanı Krallığının  «ACWA Power» və Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı icra müqavilələri imzalanıb. Bu, bir daha göstərir ki, son illərdə aparılmış islahatlar öz nəticəsini verməkdədir.  Artıq həmin istiqamətdə bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpa olunan enerji son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer tutub.

Həm də bu müqavilələr Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur ki, bu da ilk növbədə milli iqtisadiyyatımıza stimul verməklə yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Bu layihələr ölkəmizin enerji dayanıqlılığını təmin etməklə bərabər, ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcəkdir.

Bu da önəmli faktdır ki, elektrik enerjisi istehsalının bərpa olunan enerji mənbələri hesabına şaxələndirilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət yetirdiyi prioritet sahələrdən biridir. Bu gün Azərbaycan dövləti bu müqavilələri imzalamaqla ölkəmizdə bərpa olunan enerji sahəsində yeni inkişaf mərhələsinə başlamaq şansı əldə edir. Beynəlxalq enerji mütəxəssislərinin də söylədikləri kimi, Azərbaycanda bərpa olunan enerji sahəsində ilk xarici tərəfdaşlarımız kimi «ACWA Power» və «Masdar» şirkətləri ilə əməkdaşlığımız dayanıqlı, təmiz enerji ilə bağlı hədəflərimizə, qarşılıqlı maraqlarımıza tam uyğundur və böyük perespektivlərə hesablanıb.

«ACWA Power» şirkətinin rəhbərliyi də «Bakı Enerji Həftəsi»nin tədbirlərində çıxış edərək bildirib ki, «Azərbaycan hökuməti ilə bu müqaviləni imzalamaqdan qürur duyuruq. Bu layihə Azərbaycanda enerji mənbələrini şaxələndirmək məqsədilə bərpa olunan enerjinin payının artırılmasına töhvə verərək Azərbaycan hökumətinin yeni xidmət sahələri, sənaye sektorları və münasib iş imkanlarının yaradılması ilə bağlı təşəbbüslərini dəstəkləyəcəkdir.»

Qeyd edək ki, «Masdar» şirkəti də dünyanın 30-dan çox ölkəsində bərpa olunan enerji layihələrinin reallaşmasında aparıcı rol oynayır.  Şirkət rəhbərliyi bildirib ki, 200 MVt-lıq günəş layihəsini həyata keçirmək üçün Azərbaycan ilə tərəfdaş olmaqdan məmnundur.

Təbii ki, bütün bu uğurların fonunda ölkəmizdə inkişaf etməkdə olan «yaşıl enerji» strategiyasını aparılan planlı layihələrin nəticəsi kimi dəyərləndirmək olar. Bu gün torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın enerji potensialının dünyaya açılması üçün yeni imkanlar yaradır və bu, ölkəmizin gələcək inkişafına müsbət təsirini göstərəcək. Bu amil həm də, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artıracaq.

Elmar Əhmədov,

YAP Salyan rayon təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir