Bu gün Biləsuvar rayonunda Sumqayıt Dövlət Universitetinin görüşü keçirilib.

Baş səhifə

Bu gün Biləsuvar rayonunda Sumqayıt Dövlət Universitetinin görüşü keçirilib. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli də görüşdə iştirak edib.

Görüşdə şagirdlərə universitetin infrastrukturu, universitetdə tədris olunan ixtisaslar və s. haqqında məlumat verilib. Eyni zamanda universitet haqqında videoçarx nümayiş olunub. Universitetin məzunu olmuş müəllimlərə universitet tərəfindən hədiyyələr verilib. Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, görüş Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibəti ilə təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir