Lənkəran şəhər Mədəniyyət Mərkəzində şəhid Tural Hümmətovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.

Cəmiyyət

Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində şəhid Tural Hümmətovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib. Anım mərasiminə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, şəhidin ailə üzvləri, qazilər, mədəniyyət işçiləri, Osakücə kəndinin ağsaqqalları, ziyalılar, kənd ictimaiyyətinin nümayəndələri və digər qonaqlar toplaşıb.

Mədəniyyət Mərkəzinin akt zalında keçirilən tədbirdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarında keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirə giriş sözü ilə başlayan Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildiyini vurğulayıb. O, qeyd edib ki, şəhid Tural Hümmətovun timsalında igid oğullarımız zaman-zaman döyüş meydanlarında əsl qəhrəmanlıqlar göstərərək, xalqımızı məruz qaldığı bəlalardan xilas etmiş, torpaqlarımızı yadelli qəsbkarların basqınlarından, hücumlarından qətiyyətlə qoruyaraq, tükənməz sərvətlərimizin, tarixi abidələrimizin, yurd-yuvalarımızın dağıdılmasına imkan verməyiblər.
İdarə rəisi Prezident cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan geniş məruzə edib.
Sonra mərasim iştirakçıları mövzü ətrafında danışaraq Turalın keçdiyi həyat yolundan, Vətən sevgisindən, el-obaya bağlılığından söhbət açıblar. Ömrün 22-ci payızında şəhidlik zirvəsinə yüksəlmiş Tural Hümmətovun qısa, lakin mənalı ömür yolunun gənclərə əsl nümunə, örnək olduğu vurğulanıb.
Bədii hissədə mədəniyyət müəssisələrinin qiraət dərnəyinin üzvləri vətənpərvərlik haqqında şeirlər səsləndiriblər.
Sonda şəhid Tural Hümmətova həsr olunmuş videoçarx nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir