Nikol Paşinyan azərbaycanlı jurnalistlərdən qaçdı – VİDEO

Cəmiyyət

“Avropa siyasi birliyi”nın 2-ci Zirvə toplantısı üçün Moldovaya gələn Ermənistanın baş naziri Nikol Paşinyan ona sual ünvanlamaq üçün yaxınlaşan azərbaycanlı jurnalistlərdən qaçıb.

“Trend” agentliyinin yaydığı görüntülərdə N.Paşinyanın suallara cavab verməkdən boyun qaçırdığı aydın əks olunub.

O, jurnalistlərin Azərbaycandan olduğunu eşidən kimi sürətini artırır və oradan uzaqlaşır.

Xatırladaq ki, bu gün Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir