200-dən çox ailənin yaşadığı qəsəbənin işıq problemi nə vaxt həll olunacaq? – VİDEO

Cəmiyyət

Qəbələnin Vəndam qəsəbəsində elektrik xətləri yararsız vəziyyətdə olduğundan 200-dən çox ailəni elektrik enerjisi ilə tam təmin edə bilmir.

Sakinlər deyirlər ki, elektrik avadanlıqlarından da istifadə edə bilmirlər.

Hətta işıq dirəklərinin bəzilərinin sıradan çıxması da təhlükə mənbəyidir.

Qəbələ Elektrik Şəbəkəsinin mühəndisi Gümrah Aydəmirov bildirdi ki, qəsəbənin 80 faizi, yəni 2700-dən çox abonentin yaşadığı ərazidə yenidənqurma işləri başa çatıb. Sözügedən ərazi qəsəbənin ən son yaşayış məntəqəsidir ki, hazırda orada iş davam edir. Təkcə son həftədə 40-dan çox dirək basdırılıb.

“Ərazidə gərginliyin normalaşdırılması üçün transformatorun da qoyulması nəzərdə tutulub”, – deyə Qəbələ Elektrik Şəbəkəsinin mühəndisi vurğulayıb.

Daha ətraflı “Xəzər” TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir