Azərbaycan Respublikasının görkəmli xalq şairi Xəlil Rza Ulutürkün doğum günü doğulduğu torpaqda-Salyan rayonunda qeyd olundu.Tədbir iştirakçıları “Ata-oğul” abidəsinin önünə gələrək Xəlil Rza Ulutürkün və onun oğlu, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin abidəsi önünə gül dəstələri düzmüş, onların xatirəsini ehtiramla yad etmişlər.