İsmayıllı rayonunda “Peşələr festivalı” keçirilib-FOTO

Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən İsmayıllı rayonunda “Peşələr festivalı” keçirilib.

Yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.

Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, aşpaz, barista, aqronom, bərbər, yardım masası, dizayner, mobil telefonların təmiri ustası, data analitika, elektrik avadanlıqlarının təmiri, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib.

İştirakçılar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.

Festival konsert proqramı ilə başa çatıb.

Səmil Şahlaroğlu 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir