Təhsil müəssisələrində tibbi profilaktik işlər aparılır.

Cəmiyyət
Profilaktik tədbirlər çərçivəsində Şirvan -Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tibbi profilaktik işlərinin aparılması davam etdirilir.
Qızılca xəstəliyinin artması ilə əlaqədar olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə daxil olan zaman şagirdlərin hərarəti ölçülür, spirt tərkibli məhlul ilə əllər dezinfeksiya olunduqdan sonra şagirdlər sinif otaqlarına yönləndirilir, müəyyən izolyasiya qaydaları tətbiq olunur.
Qeyd edək ki, infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tibbi-profilaktik və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir