İsmayıllıda Ulu Öndərin xatirəsi böyük ehtiramla yad edildi – FOTOLAR

Cəmiyyət
12 Dekabr -Ümummilli Lider Heydər Əliyevin anım günüdür.
Anım günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Ziyarət iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr edilmiş sərgiyə və filmə baxış keçiriblər.
Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır!
Qeyd edək ki, ziyarət rayon ictimaiyyəti tərəfindən gün ərzində davam etdiriləcək.
May be an image of 12 people
May be an image of 9 people
May be an image of 1 person and monument

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir