Respublikanın hər yerində olduğu kimi Salyanda da səhər saat 8-dən bütün seçki məntəqələri öz qapılarını seçiçilərin üzünə açıb. Səhər saatları olmasına baxmayaraq bir çox məntəqədə seçici fəallığı müşahidə olunub. 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinə daxil olan bütün məntəqələrdə seçkilərin şəffaf keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Qeyd edək ki, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinə 49 məntəqə daxildir. 9 mıntəqədə veb-kamera quraşdırılıb. Dairəyə daxil olan məntəqələrdə ümumilikdə 52 min 175 nəfər səs verir. Bunlardan 39 min 375 nəfər Salyan, 7340 nəfər Biləsuvar, 5229 nəfər isə Neftçala sakinidir. 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində 2062 nəfər ilk dəfə səs verir. Ən yaşlı seçici isə 1 nəfərdir. Onun 105 yaşı var. Seçkiləri 748 yerli, 4 xarici müşahidəçi var(bu reqem artacaq)
64 saylı Salyan seçki dairəsinə 48 məntəqə daxildir. Onlardan 6-da veb-kamera quraşdırılıb. Məntəqələrdə seçkilərin şəffaf keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Seçkiləri 739 nəfər yerli müşahidəçi izləyir, 6 xarici muşahidəçi 64 saylı Salyan seçki dairəsi üzrə məntəqələrdə ümumilikdə 50 min 320 nəfər səs verir. Onlardan 3609 nəfəri ilk dəfədir səs verərəklər. Ən yaşlı seçici isə bir nəfərdir. Onun 100 yaşı var.