Azərbaycanda stadionların tam dolmasına icazə veriləcək – Tarix AÇIQLANDI

Cəmiyyət

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alaraq ümumi məsləhətləşmələrdən sonra 30 mart-1 apreldə keçiriləcək.

Bunu Trend-ə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov deyib.

O bildirib ki, Azərbaycan I Divizionunun və 2-3 aprel tarixlərində baş tutacaq Azərbaycan Premyer Liqasının XXI turunun oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100 faiz olmasına icazə veriləcək:

“Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar olaraq miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə olunmaq şərti ilə) bərpa olunacaq”, – E.Abbasov deyib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir