Oğuzda güclü külək fəsadlar yaradıb – FOTO

Cəmiyyət

Güclü külək Oğuz rayonunda bir sıra fəsadlar yaradıb.

“Report”un yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarından etibarən Şimal-qərb bölgəsində davam edən güclü külək rayonun ən böyük kəndi olan Xaçmaz kəndində irigövdəli ağacları kökündən qopararaq qaz xətlərinin üzərinə aşırıb.

Güclü külək elektrik dirəklərini də aşırıb və elektrik xətlərini yararsız hala salıb.

Nəticədə 10 000-ə yaxın əhalisi olan Xaçmaz kəndinə elektrik enerjisinin və təbii qazın verilişi dayandırılıb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır.

Qeyd edək ki, bölgədə küləkli hava davam edir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir