“Dövlət qulluğunda fəaliyyətin davam etdirmək üçün sertifikatı ala bilməyən şəxslərin dövlət qulluğuna xitam verilə bilər”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi-təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov bildirib.
DİM rəsmisi qeyd edib ki, dövlət qulluğu üzrə sertifikat müddəti beş ildir:
“Sertifikat sistemi qəbul edilmədən öncə dövlət qulluğunda işləyən şəxslər, əgər öz işlərini davam etdirmək istəyirlərsə, sertifikat əldə etmələrinə ehtiyac yoxdur”.
O qeyd edib ki, dövlət qulluğu stajı 10 ili ötməyən həmin şəxslər daha yüksək vəzifəyə iddia edirlərsə, bu zaman onlar da sertifikat əldə etmək üçün imtahan verməlidir:
“İlk illərdə artıq dövlət qulluğu stajı 10 il olacaq. Həmin şəxs müddətsiz sertifikat almış şəxslərə bərabər olacaq və daha sonra hər hansı imtahana cəlb edilməyəcək”.
İlhamə Əbülfət
www.102info.az