Paytaxt sürücüləri üçün “sürpriz” yol nişanı: Görəndə əhəmiyyətsiz olur – VİDEO

Cəmiyyət

Bakıda küçələrdən birində qoyulan yol nişanını sürücülərdən başqa hər kəs görür.

Oxu.Az xəbər verir ki, söhbət paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsindən gedir. Sosial şəbəkədə yayılan görüntülərdə ərazidə “Araz” marketlə üzbəüz qoyulan yol nişanının sürücülərin görmə bucağına uyğun olmayan formada quraşdırıldığı əks olunub.

Belə ki, yol kənarında xəbərdarlıq yol nişanlarından olan 1.16.3 – Qabarıq yol nişanı qoyulub. Lakin nişanı düzgün istiqamətə qoymadıqları üçün sürücülər onu görmürlər.

Həmin görüntüləri təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir