Aqil Abbas: “Evi qaçqınlara veriblər ki, orada yaşasınlar, niyə onu kirayə verirlər?”

Cəmiyyət

Məcburi köçkünlər üçün verilən mənzillərdə yaşamayanların monitorinqi davam etdirilir.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. O qeyd edib ki, bəzən elə hallar olur ki, məcburi köçkünlərin mənzilləri öz adlarına olmur, yataqxanada yaşayırlar: 

“Adətən, köçürülmə zamanı yataqxanalarda yaşayan məcburi köçkünlər nəzərə alınır. Ancaq biz sonradan görürdük ki, onlar həmin evlərdə yaşamırlar. Ona görə də 510 belə halla bağlı məhkəmə müraciətimiz var. Məhkəmə qərarı çıxardıqca bizdə siyahısı olan məcburi köçkün, şəhid və qazi ailələri həmin mənzillərə yerləşdirilir. Bu, asan məsələ deyil. Bu hallar Bakıda və rayonlardakı qəsəbələrimizdə var”.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aqil Abbas Demokrat.az-a açıqlamasında bildirib ki, “Qaçqınkom”un bu addımı hüquqi baxımdan doğrudur:

“Evləri qaçqınlara veriblər ki, yaşasınlar. Ancaq onların çoxu həmin mənzillərdə yaşamırlar, yaxud da bir çoxu kirayə verib. Maraqlıdır niyə orada yaşamırlar? Niyə oranı kirayə verirlər? Qoy evlər kimin ehtiyacı varsa, onlara verilsin. Evi ya boş saxlamağın, ya da kiməsə kirayə verməyin nə adı var? Hesab edirəm ki, hüquqi cəhətdən “Qaçqınkom” haqlıdır. Düzdür, evlər verilməmişdən öncə geniş araşdırma aparılır, sənədlərin düzgünlüyü yoxlanır, demək olar ki, həmin vaxt sənədlər düzgün olur. Lakin sonda bu cür neqativ faktlar ortaya çıxır. Sonra evsiz də “Qaçqınkom”un boğazından yapışıb ev istəyir”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir