Çoxuşaqlı analara sığorta stajı hədiyyə ediləcək

Cəmiyyət

Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi haqqında məlumat verib.

Oxu.Az-ın məlumatına əsasən, Musa Quliyev bildirib ki, layihədə çoxuşaqlı qadınlara və sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə edilməsi təklif olunur.

“Dəyişikliyə əsasən, 8-ci maddədə adıçəkilən şəxslərə – çoxuşaqlı qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara analoji proaktiv pensiya təyinatı mümkün olacaq və onlara da 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək”, – deyə deputat bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir