Yasamal rayonunda həkimi maşın vurdu

Cəmiyyət

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Şəfaət Mehdiyev küçəsində baş verib.

Yolu keçən 1981-ci il təvəllüdlü Hüseynova Nərgiz Nadir qızını minik avtomobili vurub. O, sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alan N.Hüseynova Mərkəzi Neftçilər Xəstəxanasının həkimidir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir