Səhiyyə nazirindən AÇIQLAMA: “Pandemiyanın sona çatdığı elan oluna bilər”

Cəmiyyət

“COVID-19 peyvəndlərinin mövsümi peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur”.

“Report”un xəbərinə görə, bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə açıqlamasında deyib.

Nazirin fikrincə, gözlənti elədir ki, kollektiv immunitet nəticəsində ola bilər pandemiyanın sona çatdığı elan olunsun:

“Amma çox ehtiyatlı olmalıyıq. Payız ayına kimi müəyyən gözləntilər var. Payızda sıçrayış olmasa, bu məsələ qapalı kimi elan oluna bilər. Müəyyən vaxt keçdikcə, kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik olsa, ola bilsin ki, COVID-19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir