Xəzər dənizinin sahili boyu çimərlik sahəsinə yaxın ərazidə təmizlik aksiyası keçirilib.

Cəmiyyət
Neftçala RİH dəstəyi və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılıığı ilə ” 5 iyun – Ətraf mühitin mühafizəsi günü ” ilə əlaqədar olaraq Neftçala rayonunun Şirvanlı kəndi yaxınlığında Xəzər dənizinin sahili boyu çimərlik sahəsinə yaxın ərazidə təmizlik aksiyası keçirilib.
Aksiyada Neftçala RİH-nin, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, Su Nəqliyyatında polis idarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları, bələdiyyə, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçiləri və könüllülər iştirak edib.
Aksiya zamanı sahil boyu 3 km məsafədə dəniz kənarı plastik qablardan, şüşə və digər tullantılardan təmizlənib. Eyni zamanda sahil zonasından ümumi uzunluğu 150 metr olan 8 ədəd sintetik tor toplanaraq tullantılarla birlikdə xüsusiləşmiş nəqliyyat vasitəsilə Neftçala rayon poliqonuna daşınıb. Aksiyada ümumilikdə 80 nəfər iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir