Naxçıvanda qadın sürücü yolu keçən piyadanı vurub öldürdü

Cəmiyyət

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 6-da saat 17 radələrində Naxçıvan şəhərində şəhər sakini G.Şirinova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi N.Məmmədovanı vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Naxçıvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir