Regional Şəbəkənin I Əlaqələndirmə Forumu başa çatıb – FOTO

Cəmiyyət

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 7-8 iyun 2022-ci il tarixində keçirilən Regional Şəbəkənin I Əlaqələndirmə Forumu  başa çatıb.

Forumun əsas məqsədi Azərbaycan Könüllü Təşkilatları İttifaqının regional nümayəndəliklərinin strukturunun daha səmərəli formalaşdırılması, regionlarda fəaliyyət göstərən könüllü təşkilatları arasında əlaqənin daha da gücləndirilməsi, ümumi fəaliyyət zamanı səmərəliliyinin artırılması və görüləcək işlərlə bağlı planlamanın aparılması idi.

Forumun ilk günündə iştirakçılar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.

İlk günün sonunda müxtəlif komanda quruculuq oyunları, musiqi və əyləncəli tədbirlər təşkil olunub.

Forumun açılış mərasimində dövlət himni oxunub və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumda Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, deputat Vüqar İskəndərov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev çıxış ediblər. Daha sonra regional koordinatorların çıxışları baş tutub.

Forum 4 fərqli mövzulu panellərdə; debat, TedX, İdeaTon, Mentortime formatlarında baş tutub.

Forumun bağlanış mərasimində iştirakçılar sertifikatla təltif olunublar.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir