Bakının bu yollarında sıxlıq müşahidə edilir

Cəmiyyət

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən verilən xəbərə görə, sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Heydər Əliyev prospekti – əsas və kənar yol Bakı Olimpiya Stadionunun yanından 5 saylı “ASAN xidmət”in qarşısına qədər olan hissədə sıxlıq;

2. Bakı-Sumqayıt şosesi – Avtovağzalın qarşısından “20 Yanvar” dairəsi istiqaməti sıxlıq;

3. “20 Yanvar” dairəsi sıxlıq;

4. Koroğlu Rəhimov küçəsi – Gülarə Qədirbəyova küçəsi ilə kəsişmədən Akademik Həsən Əliyev küçəsi ilə kəsişməyədək və F.Xoyski prospekti ilə kəsişmədən Təbriz küçəsi ilə kəsişməyədək olan hissədə sıxlıq müşahidə olunur.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir