Bakıda parklanma yerinə qıfıl vurub “özəlləşdirdilər”

Cəmiyyət

Bakıda qanuni parklanma yerinə qıfıl vurub “özəlləşdirdilər”.

Oxu.Az xəbər verir ki, sözügedən məsələ sosial şəbəkə istifadəçiləri tərəfindən ictimailəşdirilib.

Söhbət paytaxtın Möhsün Sənani küçəsindən gedir.

Dar küçədə hər tərəfdə avtomobillər dayanır. Qanuni parklanma yerində isə vətəndaşlardan biri qıfıl vuraraq digər nəqliyyat vasitələrinə süni maneə yaradır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, aidiyyəti üzrə tədbir görüləcəkdir.

Könül Cəfərli

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir