Bir müddət öncə analarını itirən bacılar atalarının həyatı üçün xalqdan kömək istəyirlər.
Bu barədə Oxu.Az-a 69 yaşlı Hətəm Həsənovun qızları müraciət ediblər. Belə ki, 1953-cü il təvəllüdlü Hətəm Həsənov qaraciyər sirrozundan əziyyət çəkir:
“Bir müddət əvvəl anamızı eyni xəstəlikdən itirdik. Maddi durumumuz yaxşı olmadığı üçün anamın müalicə xərclərini qarşılaya bilmədik. Atam da eyni xəstəlikdən əziyyət çəkir. 150 manat MRT üçün pul verdik, müalicələrinə gücümüz çatmır. Xəstəliklə əlaqədar qarın boşluğuna maye yığılıb. Mayenin təmizlənməsi üçün müalicə yazılıb. Müalicəni etdirə bilmirik. Əlimizdən gələni etdik, amma anamızı xilas edə bilmədik. Heç olmasa, atamızı xilas edək. Maddi durum ucbatından özümüzü günahkar hiss edirik. Xahiş edirik, atamızı xilas etmək üçün bizə kömək edəsiniz”.
Ailəyə qaraciyər köçürülməsi üçün donor tapılana qədər və orqan transplantasiyasından öncəki müalicə xərclərini qarşılamaq üçün ilkin mərhələdə beş min manata qədər pul lazımdır.
Ailəyə kömək etmək istəyənlər H.Həsənovun qızı Sədaqət Məmmədova ilə +994 55 588 01 24 nömrəsi vasitəsilə əlaqə saxlaya, yaxud aşağıdakı bank kartına vəsait köçürə bilərlər.
www.demir-yumruq.az