Şəkidə yol qəzalarında dörd nəfər xəsarət aldı – FOTO

Cəmiyyət

Şəkidə günorta saatlarında iki yol qəzası baş verib.

APA-nın məlumatına görə, qəzalardan biri Şəki-Oğuz yolunda qeydə alınıb. Qəzada şəhər sakinləri – 1968-ci il təvəllüdlü İlqar Camaləddin oğlu Həmzətov və onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Bahar Rəcəb qızı Bilalova xəsarət alıblar.

Öyrət kəndi ərazisində baş verən yol qəzası nəticəsində isə rayonun Oxut kənd sakinləri – 1993-cü il təvəllüdlü Ramiz Qüdrət oğlu Bəkirli və həyat yoldaşı Könül Bayram qızı Bəkirli xəsarət alıblar.

Hər iki qəzada xəsarət alanlar Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir