İki azyaşlı övladı atasız qoymayaq – 33 yaşlı Hikmətin sizin köməyinizə ehtiyacı var – FOTO

Cəmiyyət

İki qız atasının sizin köməyinizə ehtiyacı var.

Oxu.Az xəbər verir ki, 33 yaşlı Qəniyev Hikmət Cahan oğlu uzun müddətdir Hepatit B, Hepatit D, qaraciyər sirrozu və digər qastroenteroloji problemlərdən əziyyət çəkir.

Bir neçə il əvvəl hepatit virusuna yoluxan H.Qəniyev uzun müddətdir çox çətin dövr keçirir.

Həkimlər xəstəliyin ağırlaşdığını və həyatı üçün ciddi təhlükə yarandığını deyir. Son ümid isə qaraciyərin xarici ölkədə tətbiq edilən müalicəsi və daha sonra cərrahi əməliyyatıdır.

Bir neçə ildir davam edən müayinə və müalicələr ciddi effekt vermədiyindən həkimlər müalicənin xaricdə aparılmasını tövsiyə ediblər. İş qabiliyyətini itirdiyindən H.Qəniyevin bu günə qədər müalicə xərclərini atası öz üzərinə götürüb.

Lakin bir neçə ay əvvəl atası Hepatit B virusuna yoluxaraq dünyasını dəyişib. Artıq himayəsində iki azyaşlı övladı olan ata müalicə xərclərini qarşılamaqda acizdir.

Himayəsində yaş yarımlıq və 7 yaşlı iki qız övladı olan 33 yaşlı atanın son ümidi xalqın yardımıdır. Xarici ölkədə müalicə son ümid yeridir və bunun üçün 40 min dollar vəsait lazımdır.

Bu məbləğin 15 min manatı artıq toplanıb.

Ailənin maddi durumu olduqca ağır olduğu üçün tələb olunan xərcləri təəssüf ki, qarşılaya bilmir.

H.Qəniyev deyir ki, iki azyaşlı qızı üçün yaşamaq istəyir:

“Onların atasız böyüməsini düşünmək məni məhv edir. Xeyirxah insanlardan xahiş edirəm imkan daxilində mənim sağlamlığıma qovuşmağıma kömək etsinlər. Övladlarım, ailəm buna görə sizə ömrü boyu minnətdar olarıq”.

H.Qəniyevə yardım etmək istəyənlər aşağıdakı bank kartına vəsait köçürə bilərlər. Eyni zamanda ailəyə dəstək olmaq istəyənlər +994-55-896-28-07 nömrələri ilə əlaqə saxlaya bilərlər. 

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir