Dövlət qulluğu ilə bağlı keçirilən imtahandan – ŞİKAYƏT + FOTO

Cəmiyyət

Avqustun 22-də dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə keçirilən test imtahanından narazılıq var. 

Belə ki, bəzi iştirakçılar bildirib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan zamanı bir neçə sualda səhv olub. Onlar bununla bağlı DİM-ə şikayət ediblər. 

DİM-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, imtahan nəticələri ilə bağlı həmişə olduğu kimi, apellyasiya komissiyası yaradılıb:

“Avqustun 25-dək müraciətlər qəbul olunur. İmtahanın məzmunu ilə bağlı müraciətlərə komissiyada baxılır. İmtahan iştirakçıları qeyd olunan vaxtadək komissiyaya müraciət edə bilərlər. Hər hansı bir qərar komissiya üzvlərinin araşdırmalarının nəticəsinə əsasən qəbul olunur. Komissiya işini yekunlaşdırdıqdan sonra nəticələr barədə məlumat verilir”.

İlhamə Əbülfət

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir