FHN Masallıdakı yanğınla bağlı məlumat yaydı

Cəmiyyət

Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, bəzi ərazilərdə yanğın lokallaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Xatırladaq ki, avqustun 25-də Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Ümumilikdə yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edirlər.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir