Bakıda sürücülük hüququ olmayan şəxsdən “yol terroru”: Uşağı vuraraq öldürdü

Cəmiyyət

Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə axşam saatlarında rayonun Korgöz qəsəbəsi ərazisindən keçən Korgöz-Qızıldaş avtomobil yolunda qeydə alınıb.

Paytaxt sakini, 1993-cü il təvəllüdlü Nizami Rəhimli nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi VAZ-21099 markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Sadıxova Könül Samir qızını vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Qəza törətməkdə şübhəli bilinən Nizami Rəhimli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir