İki bacının tək qardaşı: Zaqatala şəhidini dəfn etdi

Cəmiyyət

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Zaqatalada dəfn edilib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, leytenant, 1999-cu il təvəllüdlü Sərxan Mübariz oğlu Ömərovun nəşi doğulduğu Yuxarı Tala kəndinə gətirilərək ailəsinə təhvil verilib.

Dəfn mərasimindən öncə şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.

Qeyd edək ki, 23 yaşlı S.Ömərov nişanlıydı, iki bacının yeganə qardaşı idi.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir