Hindistanda sərnişin avtobusu yük maşınına çırpıldı: 10 nəfər həlak oldu – VİDEO

Dünya

Hindistanın qərbində, Maharaştra ştatında sərnişin avtobusu yük maşını ilə toqquşub.

Yerli polisin məlumatına görə, hadisə nəticəsində azı 10 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Qəza ştatın mərkəzi Mumbaydan 180 km məsafədə yerləşən sürətli magistral yolda baş verib.

Avtobusda 45 sərnişin olub. Ölənlər arasında qadınlar və uşaqlar var. Yaralılar xəstəxanaya çatdırılıblar. Onların bəzilərinin vəziyyəti ağırdır. Ölənlərin sayının artacağı istisna edilmir.

Mənbə: ANI