Konqoda kilsədə partlayış: Ölənlər var

Dünya

Yanvarın 15-də Konqo Demokratik Respublikasında kilsənin partladılması nəticəsində 5 nəfər həlak olub.

Hadisə Uqanda sərhədi yaxınlığındakı Kasindidə yerləşən protestant kilsəsində baş verib.

Son məlumatlara görə, insident nəticəsində daha 15 nəfər yaralanıb.

İlkin versiyaya görə, terror aktını radikal yaraqlılar qrupu təşkil edib.

Mənbə: rossaprimavera.ru