Varşava hava limanında “Patriot” raketləri quraşdırılacaq – FOTO

Dünya

Polşanın hakimiyyət orqanları Varşava-Babitsa hava limanında “Patriot” zenit-raket kompleksi yerləşdirəcəklər.

Bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

O, bildirib ki, bu, 3-cü Varşava zenit-raket briqadasının əsgərlərinin təlimində mühüm elementdir.

Qeyd edək ki, Polşa “Visla” orta mənzilli hava hücumundan müdafiə proqramı üçün əsas kimi “Patriot” sistemini seçib. Ölkə ordusu iki “Patriot” batareyası (16 buraxılış qurğusu) ilə təchiz olunacaq. Bundan əlavə, Polşada Amerika hərbçilərinin iki “Patriot” batareyası yerləşdirilib.