“Haber Global”: “Azərbaycanın xilasetmə qrupu xaricdən gələn ən çoxsaylı yardım komandasıdır” – VİDEO

Dünya

“Haber Global” Azərbaycanın Türkiyədə baş verən zəlzələdən dərhal sonra göndərdiyi yardım barədə videosüjet hazırlayıb.

Videosüjetdə Azərbaycanın göndərdiyi və 400-dən çox insandan ibarət komandanın xaricdən gələn ən çoxsaylı yardım komandası olduğu qeyd edilib.

“Dost və qardaş Azərbaycan Türkiyənin ağır günündə ilk köməyə gələn komanda oldu. İlk yardım əlini qardaş ölkə Azərbaycan uzatdı. Türkiyə ilə tək ürək olan Azərbaycan yüzlərlə insandan ibarət axtarış-xilasetmə komandası ilə yanaşı, sağlamlıq personalı, bütün lazımi avadanlıqlarla təchiz olunmuş səhra xəstəxanası və çox sayda yardım ləvazimatları göndərdi. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə təcrübəli axtarış-xilasetmə komandası zəlzələdən, sadəcə, bir neçə saat keçəndən sonra zəlzələ bölgəsinə çatdı. 400-dən artıq insandan təşkil olunan komanda xaricdən gələn ən çoxsaylı yardım komandasıdır və Kahramanmaraşda axtarış-xilasetmə işlərinə dəstək verir”, – deyə vurğulanıb. 

Daha ətraflı süjetdə: